“Qarabağ” “Ayaks”la matçda favoritdir”.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Niderland millisinin və “Ayaks”ın keçmiş hücumçusu Con Van Loen deyib.
Mütəxəssis Azərbaycan çempionunun “Kopenhagen” və “Benfika”ya qalib gəldiyini xatırladıb:
“Onlar yaxşı komanda qurublar. Ötən mövsüm bu kollektivlər Avropa Liqasında üz-üzə gəliblər. Həmin görüşdə Amsterdam təmsilçisi qalib gəlmişdi. İndi fərqlər çoxdur”.
Ağdam klubunun sabiq koordinatoru Qurban Qurbanovla işlədiyi dönəmlərdən həzz aldığını bildirib:
“Qarabağ”da gözəl işlər görür. O, xüsusi insandır. Futbola aydın baxışı var”.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq “Qarabağ” - “Ayaks” qarşılaşması saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edəcək.
Turnir cədvəlində “Qarabağ” 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan “Ayaks” isə sonuncu - 36-cıdır.
