UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda sabah keçiriləcək PSJ - “Atletik” qarşılaşmasında komandaların heyəti açıqlanıb. PSJ-nin heyətində iki vacib futbolçunun siyahıda yer almaması diqqət çəkib.
İdman.Biz xəbər verir ki, qapıçı Lukas Şevalye hələ də topuq nahiyəsindəki ağrılar səbəbilə oyuna hazır deyil. Usman Dembele isə xəstəliklə əlaqədar olaraq matçdan kənarda qalıb.
Komandanın gənc futbolçusu Dui isə zədəsini sağaldaraq yenidən heyətə qayıdıb.
PSJ qarşıdakı oyunda rotasiya ilə meydana çıxmaq məcburiyyətində qalacaq.
