Ukraynalı tanınmış mütəxəssis Roman Qriqorçuk “Neftçi”nin yeni baş məşqçisi olacaq Yuri Vernidub haqqında danışıb.
60 yaşlı mütəxəssis Bakı klubuna təyin olunacaq həmyerlisi barədə fikirlərini AZƏRTAC-la bölüşüb.
Qriqorçuk həmyerlisi Yuri Vernidubun çox güclü və yüksəkixtisaslı məşqçi olduğunu söyləyib.
“Yuri Vernidub “Neftçi”yə daha yüksək pillələrə qalxmağa kömək edə bilər. Mən həm “Neftçi”yə, həm də Verniduba çempionatda və avrokuboklarda yüksək nəticələr əldə etmələrini arzulayıram”, - deyə mütəxəssis əlavə edib.
Misli Premyer Liqasında XIV turdan sonra 16 xalla 8-ci yerdə qərarlaşan “Neftçi” yaxın zamanda ukraynalı çalışdırıcı ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, Roman Qriqorçuk vaxtilə Azərbaycanda “Qəbələ” və “Neftçi” komandalarını çalışdırıb.
