Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və İngiltərə yığmasının hücumçusu Ayvan Toni Londonda barda bir nəfərin burnunu sındırıb, digər iki nəfəri isə yumruqlayıb. O, polis tərəfindən saxlanılıb.
İdman.Biz xəbər verir ki, bu barədə Böyük Britaniyanın tanınmış “The Sun” nəşri məlumat yayıb.
Məlumata görə, insident zərərçəkmiş şəxsin Toni ilə selfi çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verib.
Bildirilir ki, zərərçəkən qırıq burun diaqnozu ilə xəstəxanaya aparılıb. Digər iki nəfər isə ilkin tibii yardımdan sonra evə buraxılıb.
29 yaşlı futbolçu 2024-cü ilin yayından “Əl-Əhli”də çıxış edir. Cari mövsümdə ingilis hücumçu klub səviyyəsində 18 oyuna çıxıb, 12 qol vurub və iki məhsuldar ötürmə edib.
Nüfuzlu “Transfermarkt” portalı Toininin bazar dəyərini 25 milyon avro olaraq qiymətləndirir.
