Fransada məhkəmə Emiliano Salanın faciəli ölümündən sonra irəli sürülən şikayətə dair qərar çıxaracaq

Xəbərlər
8 Dekabr 2025 17:06
48
Fransada məhkəmə Emiliano Salanın faciəli ölümündən sonra irəli sürülən şikayətə dair qərar çıxaracaq

Bu gün Fransada keçiriləcək məhkəmə iclasında “Kardiff Siti”nin(Uelsi təmsil edən klub) futbolçunun ölümünə görə 100 milyon funt sterlinqdən çox kompensasiyanın verilməsi tələbinə dair yekun qərar çıxarılacaq.

İdman.Biz bu barədə xarici KİV-ə istinadən məlumat yayıb.

“Kardiff Siti”nin rəhbərliyi hesab edir ki, Sala onların Premyer Liqada qalmasına kömək edə bilərdi və “Nant”ın bu maliyyə itkilərinə görə məsuliyyət daşıyır.

Fransız klubu isə “Kardiff Siti”nin bütün tələblərini əvvəlcədən rədd edib.

Məhkəmədə şahid dindirilməyəcək, bütün sübutlar hakimlər tərəfindən artıq araşdırılıb. Qərar iki hissədən ibarət olacaq – əvvəlcə məsuliyyət müəyyən ediləcək, daha sonra isə kompensasiyanın ödənilib-ödənilməyəcəyi və məbləği açıqlanacaq.

Xatırladaq ki, Argentinalı futbolçu və pilot Devid İbbotsonun həlak olduğu aviasiya qəzasından demək olar ki, yeddi il keçir. 2019-cu ildə Nantdan Uelsin paytaxtı Kardiffə uçan tək mühərrikli “Piper Malibu” təyyarəsi yanvarın 22-də radarlardan itib. Təyyarənin göyərtəsində iki nəfər - pilot Deyv İbbotson və futbolçu Emiliano Sala olub. Aparılan axtarışlar sonra Dorset qraflığının polisi qəzaya uğramış təyyarənin dağıntılarından çıxarılmış meyitin argentinalı futbolçu Emiliano Salaya məxsus olduğunu təsdiqləyib. Argentinalı hücumçu yanvarın 19-da Fransanın “Nant” klubundan Uelsin “Kardiff Siti” klubuna transfer olunmuşdu.

İdman.Biz