“İnter”in sabiq hücumçusu Mario Balotelli 2010-cu ildə “Bavariya”ya qarşı Çempionlar Liqasının finalında meydana çıxmamasının onu məyus etdiyini bildirib.
İdman.Biz xəbər verir ki, 35 yaşlı forvard Santyaqo Bernabeuda (final Madriddə keçirilib - red) Joze Mourinyonun onu məşqlərdə sınadığını, lakin matçdan bir neçə gün əvvəl qərarın dəyişdiyini vurğulayıb.
Balotelli həmin vaxt özünü əla formada olduğunu bildirib.
“98 faiz əmin idim ki, qol vuracağam, amma Mourinyo məni meydana buraxmadı”.
İtaliyalı hücumçu bunun onun üçün ağır qərar olduğunu desə də, məşqçinin komanda naminə doğru addım atdığını qeyd edib.
Balotellinin fikrincə, şəxsi hisslər ikinci planda qalır, çünki “əsas olan titulun qazanılması idi”.
Qeyd edək ki, qarşılaşma 2:0 hesabı ilə "İnter"in qələbəsi ilə yekunlaşmışdı.
