“Qarabağ” - “Ayaks” matçını sloveniyalı hakim idarə edəcək

Xəbərlər
8 Dekabr 2025 12:47
67
“Qarabağ” - “Ayaks” matçını sloveniyalı hakim idarə edəcək

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək “Qarabağ” - “Ayaks” (Niderland) matçının təyinatları bəlli olub.

İdman.Biz xəbər verir ki, oyun Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanı FIFA referisi Rade Obrenoviç idarə edəcək. Ona Jure Praprotnik və Grega Kordež köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirəcək. VAR-da Matej Jug, AVAR-da Alen Borošak əyləşəcək.

Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

İdman.Biz

Məqalədə: