Braziliyanın “Santos” komandasının hücumçusu Neymar verdiyi vədi yerinə yetirib və klubunun yüksək divizionda qalmasında həlledici rol oynayıb.
İdman.Biz xəbər verir ki, “Santos” - “Kruzeyro”nu darmadağın edərək təkcə elitadan düşməkdən xilas olmayıb, eyni zamanda 12-ci yeri tutaraq Avropa Liqasının analoqu sayılan Cənubi Amerika Kubokuna vəsiqə qazanıb.
Braziliyalı futbolçu zədə səbəbindən mövsümün son oyunlarını buraxmalı idi. Lakin o, həkimlərin tövsiyələrinə məhəl qoymayaraq, ağrılara baxmayaraq daim start heyətdə yer alıb. Neymar son dörd matçda inanılmaz formada çıxış edərək 5 qol və 1 assistlə yadda qalıb və bütün bunları “Santos”un elitadan düşməməsi üçün edib.
Bu fədakarlıq Neymarın klubuna bağlılığını və həlledici məqamlarda məsuliyyəti üzərinə götürmək bacarığını bir daha nümayiş etdirib.
