İspaniya La Liqası: “Sevilya” qələbəni qoruya bilmədi - VİDEO

Xəbərlər
7 Dekabr 2025 21:50
50
İspaniya La Liqası: “Sevilya” qələbəni qoruya bilmədi - VİDEO

İspaniya La Liqasının 15-ci turunda “Sevilya” və “Valensiya” komandaları 1:1 hesablı heç-heçə ilə kifayətləniblər.

İdman.Biz xəbər verir ki, matçda hesab 58-ci dəqiqədə “Valensiya”nın futbolçusu Sezar Tarreqanın vurduğu avtoqoldan sonra açılıb. Qarşılaşmanın əlavə olunmuş vaxtında isə meydan sahiblərinin heyətində Uqo Duro fərqlənərək bərabərlik qolunu vurub.

Bu nəticə ilə “Sevilya” ardıcıl iki məğlubiyyətdən sonra xal qazanıb. Əndəlus təmsilçisi 17 xalla turnir cədvəlində 12-ci yerdə qərarlaşıb. “Valensiya” isə 15 xalla 15-ci pillədədir.

İdman.Biz

Məqalədə: