“Liverpul” anası rus, atası nigeriyalı olan müdafiəçisi ilə müqavilə imzalayacaq

Xəbərlər
27 Yanvar 2026 04:11
259
“Liverpul” anası rus, atası nigeriyalı olan müdafiəçisi ilə müqavilə imzalayacaq

“Liverpul” Vyananın “Austriya” klubunun müdafiəçisi İfeanyi Ndukve ilə müqavilə imzalamaq üçün prinsipial razılığa gəlib.

İdman.Biz-in xəbərinə görə, 17 yaşlı futbolçu 18 yaşına çatdıqdan sonra bu yay İngiltərə klubuna qoşulacaq.

Vyana klubunun rəsmi saytı bildirib ki, Ndukvenin “Liverpul”la 2030-cu ilə qədər müqavilə imzalaması gözlənilir.
İfeanyi Ndukve Vyanada qarışıq ailədə anadan olub: anası rus, atası isə nigeriyalıdır. Vyana “Austriya”sının yetirməsi olan Ndukve ötən yay klubla 2028-ci ilə qədər müqavilə imzalayıb. O, Avstriyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasında 15 oyun keçirib və bir qol vurub.

Transfermarkt-a görə, onun hazırkı bazar dəyəri 1 milyon avrodur.

İdman.Biz