“Real Madrid” Rüdigerlə bağlı qərarını verdi

Xəbərlər
7 Dekabr 2025 23:00
62
“Real Madrid” Rüdigerlə bağlı qərarını verdi

İspaniyanın “Real Madrid” futbol klubunun rəhbərliyi Antonio Rüdigerlə müqavilənin uzadılması ilə bağlı prinsipial qərar qəbul edib.

İdman.Biz xəbər verir ki, “Onda Cero”nun məlumatına görə, bu qərarın səbəbi sadədir: Madrid klubu Rüdigeri hazırkı transfer bazarındakı əksər müdafiəçilərdən daha güclü hesab edir.

Son vaxtlar “Real”ın bir neçə mərkəz müdafiəçisi ilə əlaqələndirilməsinə baxmayaraq, rəhbərlik mövcud variant kimi alman futbolçunu saxlamağa üstünlük verir və yalnız bundan sonra digər ehtimalları dəyərləndirməyi planlaşdırır.

Məlumata görə, Rüdiger özü iki illik yeni müqavilə istəyir. Lakin “Kral klubu”nun buna razılıq verməsi ehtimalı aşağı qiymətləndirilir. Klub daxilində daha real variant kimi alman müdafiəçi üçün birillik uzadılma seçimi müzakirə olunur.

Eyni zamanda, mənbələr bildirir ki, Səudiyyə Ərəbistanı klublarının Rüdigerə marağı artmaqdadır. “Real Madrid” futbolçunun hazırkı çıxışından razı olsa da, onun gələcəyi ilə bağlı yekun qərarın hələ tam formalaşmadığı qeyd olunur.

İdman.Biz

Məqalədə: