“Fənərbağça” Nelson Semedoya görə çətin duruma düşüb

Xəbərlər
7 Dekabr 2025 22:20
45
“Fənərbağça” Nelson Semedoya görə çətin duruma düşüb

Türkiyənin “Fənərbağça” futbol komandası müdafiəçisi Nelson Semedonun səhhəti ilə bağlı rəsmi açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, “Başakşehir”lə səfər oyununda (1:1) zədələnən futbolçunun MRT müayinəsi aparılıb. Müayinənin nəticəsinə əsasən, Semedonun sağ arxa bud əzələsində qismən yırtıq aşkarlanıb və onun müalicəsinə dərhal başlanılıb.

Klubun tibbi heyətinin ilkin proqnozuna görə, Nelson Semedo 3-4 həftə müddətində yaşıl meydanlardan uzaq qalacaq.

Bu səbəbdən portuqaliyalı müdafiəçi UEFA Avropa Liqasında “Brann”, Super Liqada “Konyaspor” və “Eyüpspor”, Türkiyə Kubokunun qrup mərhələsində isə “Beşiktaş”la oyunda “Fənərbağça”ya kömək edə bilməyəcək.

İdman.Biz

Məqalədə: