Türkiyə Super Liqasının 15-ci turunda “Gənclərbirliyi” doğma meydanda “Fatih Karagümrük”ü 3:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, paytaxt təmsilçisinin qollarını 29-cu dəqiqədə Oğulcan Ülgün, 65-ci dəqiqədə Koita və 74-cü dəqiqədə Metehan Mimaroğlu vurub.
Bu qələbə “Gənclərbirliyi”nin mövsümdəki ən fərqli uğuru olub.
İki turdan sonra qalib gələn “Gənclərbirliyi” xalını 14-ə yüksəldib, “Fatih Karagümrük” isə 8 xalda qalıb.
