“Liverpul” klubunun sahibi olan “Fenway Sports Group” Məhəmməd Salah ətrafında yaranmış gərginlik fonunda kluba təcili müdaxilə edib.
İdman.Biz xəbər verir ki, bu gün klubun baş icraçı direktoru və idman direktorlarının iştirakı ilə kritik toplantı keçiriləcək. Görüşdə mövcud vəziyyətin təhlili aparılacaq və bir neçə radikal variant müzakirə olunacaq.
Rəhbərlik səviyyəsində gündəmdə olan əsas ehtimallar bunlardır: Məhəmməd Salahın satışa çıxarılması, Arne Slotun baş məşqçi postundan uzaqlaşdırılması və müvəqqəti baş məşqçi kimi Steven Cerrardın komandaya gətirilməsi.
Mənbələrin məlumatına görə, gün ərzində “Liverpul” və ya klubun sahibləri tərəfindən rəsmi açıqlama veriləcəyi gözlənilir. Mövcud proses klubun yaxın gələcəyi baxımından həlledici mərhələ kimi qiymətləndirilir.
Qeyd edək ki, Məhəmməd Salah dünən ehtiyatda qalmasından sonra klubla münasibətləri barədə sərt açıqlama vermişdi.
