“Ayaks”ın aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxa bilər - VİDEO

Xəbərlər
7 Dekabr 2025 15:45
76
“Ayaks”ın aparıcı futbolçusu “Qarabağ”la oyunu buraxa bilər - VİDEO

“Ayaks”ın baş məşqçisi Fred Qrim “Qarabağ”la Çempionlar Liqasının VI tur oyunu öncəsi əsas yarımmüdafiəçilərindən biri ilə bağlı qeyri-müəyyənliyin olduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, niderlandlı mütəxəssis “Fortuna” üzərində 3:1 hesablı qələbədən sonra keçirilən mətbuat konfransında Kenneth Teylorun durumuna toxunub: “Hələlik Kenneth Teylorun oynayıb-oynamayacağını bilmirik. Gözləməliyik. O, “Qroninqen”lə matçda zədə alıb”.

“Ayaks”ın orta xəttində əsas fiqurlardan sayılan Teylorun mümkün itkisi Amsterdam təmsilçisinin oyununa ciddi təsir göstərə bilər. Qrupdan çıxmaq uğrunda mübarizə aparan “Qarabağ” üçün isə bu vəziyyət həlledici görüş ərəfəsində mühüm üstünlük ola bilər.

Qeyd edək ki, “Qarabağ” - “Ayaks” matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq.

İdman.Biz

Məqalədə: