AFFA-da istefa: Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev vəzifədən ayrılıb

Xəbərlər
3 Dekabr 2025 17:44
34
AFFA-da istefa: Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev vəzifədən ayrılıb

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev istefa verib.

Bu barədə məlumatı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Murad Axundov İdman.Biz-ə təsdiqləyib.

İstefadan sonra boş qalan vəzifəyə Ö. Paşayevin müavini Bəhruz Teymurov təyin edilib.

Leyla Eminova

İdman.Biz

Məqalədə: