İtaliyanın “Napoli” klubunda çıxış edən Skott Maktominey 2025-ci il üçün Seriya A-da oyunçuların səsverməsi nəticəsində “ilin ən yaxşı futbolçusu” seçilib.
İdman.Biz xəbər verir ki, Maktomineyin bu mükafatı qazanması onu Zinəddin Zidan, Andrea Pirlo və Kriştianu Ronaldu kimi futbol tarixinin böyük adları ilə eyni sıraya gətirib.

Şotland futbolçu mövsüm ərzində göstərdiyi yüksək performansla həmkarlarının etimadını qazanıb və Seriya A-nın ən stabil və təsirli oyunçularından biri kimi dəyərləndirilib.
