“İnter” Vikario ilə maraqlanır

Xəbərlər
2 Dekabr 2025 16:41
26
“İnter” Vikario ilə maraqlanır

İngiltərənin “Tottenhem” klubunda çıxış edən qapıçı Qulielmo Vikario yenidən İtaliyanın “İnter” komandasının diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, “İnter” hələ Andre Onananın komandadan ayrılmasından sonra Vikarionu transfer etməyə yaxın olub, amma o zaman “Tottenhem” daha sürətli reaksiya verərək keçidi tamamlamışdı.

İndi isə Milan klubunun qapı xəttini yeniləmək planları çərçivəsində italyan qolkiper yenidən gündəmdədir.

Qeyd edək ki, Premyer Liqanın XIII turunda "Tottenhem"in “Fulhem”ə 1:2 hesabı ilə uduzduğu matçda qapıçı Qulielmo Vikario azarkeşlər tərəfindən fitə basılmışdı. “Totenhem”in baş məşqçisi Tomas Frank buna görə komandanın bəzi azarkeşlərini tənqid etmişdi.

İdman.Biz

Məqalədə: