İtaliyanın “Milan” komandasının yarmmüdafiəçisi Luka Modriç “Tottenhem”, Daniel Levi və Madridə keçidi barədə o dövrün pərdəarxası məqamlarını açıqlayıb.
İdman.Biz xəbər verir ki, Modriç həmin prosesi xatırlayarkən “Tottenhem”i sevdiyini, amma karyerasında növbəti addımı atmaq istədiyini deyib.
Yarımmüdafiəçinin sözlərinə görə, həmin vaxt “Çelsi” onu almaq istəyirmiş.
Futbolçu bildirib ki, müəyyən mərhələdə klub prezidenti Daniel Levi ona, “səni buraxacağım yeganə klub “Real Madrid” olacaq”, - deyə bildirib.
Modriç etiraf edib ki, özünə nə qədər inansa da, bu, ona “əlçatmaz və çox uzaq” görünüb.
O, Leviyə belə sual verib: “Bəs “Real Madrid” gəlməsə, nə olacaq?” Cavab isə dəyişməyib: “Səni buraxacağım tək klub budur”.
Modriç qeyd edib ki, Avropa çempionatından əvvəl ona zəng gəlib və “Real Madrid”in onu görmək istədiyi bildirilib. O, bu xəbərin onu “sarsıtdığını” söyləyib. Madridə keçidin isə heç də asan olmadığını, danışıqların çətin və uzun sürdüyünü vurğulayıb.
Xorvatiyalı ulduz o günləri belə təsvir edib:
“Qərar vermək çox çətin idi, amma öz sözümə sadiq idim. Çünki sözüm özüm üçün qanun idi. Danışıqların və razılaşmaların ağırlığını başa düşürdüm, proses üzücü və tükəndirici oldu. Hətta o anda bu addımı atmağa görə lazım olsa, daha oynamamağı düşünürdüm”.
