Gənclər Liqasında çıxış edən “Şamaxı” komandasına texniki məğlubiyyət verilib

Xəbərlər
27 Noyabr 2025 13:27
25
Gənclər Liqasında çıxış edən “Şamaxı” komandasına texniki məğlubiyyət verilib

AFFA Gənclər Liqasında çıxış edən “Şamaxı” klubunun komandasına texniki məğlubiyyət verilib.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi “Qarabağ”la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün bu halla üzləşib. Hesab isə olduğu kimi saxlanılıb.

Bundan əlavə, U-13 Liqasında “Sumqayıt City” də texniki məğlubiyyət alıb. “Gənclik şəhəri” komandası “Məhəllə Uşaqları” ilə matçda təyin olunan vaxtda meydanda olmayıb. Sumqayıt komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

İdman.Biz

Məqalədə: