Almaniyanın “Ayntraxt” (Frankfurt) klubu 2021 - 2025-ci illərdə futbolçu satışından ən çox gəlir əldə edən klub olub.
İdman.Biz xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin tərtib etdiyi futbol klublarının oyunçu satışından əldə etdiyi xalis gəlir üzrə reytinqdə qeyd olunur.
İlk “beşlik”də İngiltərənin “Brayton” (+221 milyon avro), Almaniyanın “Ştutqart” (+178 milyon avro), İtaliyanın “Atalanta” (+150 milyon avro) və Portuqaliyanın “Benfika” (+147 milyon avro) klubu yer alıb.
Araşdırma göstərir ki, Avropanın orta səviyyəli klubları transfer bazarında uğurlu siyasət sayəsində böyük gəlirlər əldə edir.
Məlumat üçün əlavə edək ki, UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən biri də Almaniyanın “Ayntraxt” (Frankfurt) klubudur. Almaniya klubu “Qarabağ”la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.
