Türkiyənin “Trabzonspor” klubunun ukraynalı hücumçusu Danilo Sikanın qış transfer dönəmində böyük ehtimalla vətəninə qayıdacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumatda qeyd olunur ki, “Şaxtyor” klubunun türkiyəli baş məşqçisi Arda Turan Danilo Sikanın kluba qayıtması üçün israr edir.
Məlumat üçün əlavə edək ki, 24 yaşlı Danilo Sikan 2019-2025-ci illər aralığında “Şaxtyor”un formasını geyinib. O, “Trabzonspor”a cari ilin yanvar ayında transfer edilmişdi.
