“Çelsi” klubunun yarımmüdafiəçisi Koul Palmerin evdə başına gələn xoşagəlməz hadisə nəticəsində ayaq barmağı sınıb və futbolçu qarşıdakı iki vacib matçda iştirak edə bilməyəcək.
İdman.Biz xəbər verir ki, baş məşqçi Enzo Mareska Palmerin “Barselona” və “Arsenal” qarşı oyunları qəti şəkildə buraxacağını deyib.
Mareska əlavə edib ki, zədə ev şəraitində təsadüfən baş verib və futbolçunun bərpası üçün müəyyən müddət tələb olunacaq.
“Barmaq sınığı böyük zədə sayılmasa da, ağrı səbəbindən Palmerin yaxın günlərdə meydana çıxması mümkün deyil”, - deyə baş məşqçi vurğulayıb.
Bu itki “Çelsi” üçün ciddi hesab olunur, çünki Palmer bu mövsüm komandanın hücum quruculuğunda və yaradıcılıq xəttində əsas fiqurlardan biri olub.
