“Neftçi”nin iki aparıcı futbolçusu ilin son Premyer Liqa turunda iştirak etməyəcək

Xəbərlər
21 Noyabr 2025 11:44
169
“Neftçi”nin iki aparıcı futbolçusu ilin son Premyer Liqa turunda iştirak etməyəcək

“Neftçi” futbol klubunun (FK) iki futbolçusu Misli Premyer Liqasının ilin son turunda komandasına kömək edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, Vensan Abubakar və Sessi Dalmeyda XVI turda “Karvan-Yevlax”la keçiriləcək matçı buraxacaqlar.

Buna səbəb hər iki oyunçunun milli komandalarına qoşularaq Afrika Millətlər Kubokunda iştirak etməsidir. Abubakar Kamerunun, Dalmeyda isə Beninin heyətində turnirə yollanacaq. Afrika Millətlər Kuboku 21 dekabrdan 19 yanvara qədər davam edəcək.

Xatırladaq ki, “Karvan-Yevlax” - “Neftçi” qarşılaşması dekabrın 19-da baş tutacaq.

Yusif Sadıqlı

İdman.Biz