“Qalatasaray”ın hücumçusu Barış Alper Yılmaz ciddi zədə alıb.
İdman.Biz xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ali Naci Küçük məlumat yayıb.
Bildirilir ki, Barış Alper Yılmaz güclü ağrıdan şikayət edib və aparılan MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsi nəticəsində onun sol əlində çat aşkar edilib.
Qeyd edək ki, “Qalatasaray” hazırda hücum mövqeyində ciddi problemlərlə üz-üzə qalıb. Belə ki, bir müddət əvvəl klubun aparıcı hücumçusu Viktor Osimhen də zədələnib.
Barış Alper Yılmaz 2021-ci ildən “Qalatasaray” klubunda çıxış edib. Onun hazırkı dəyəri isə 15 milyon avrodur.
