“Mən “Karvan-Yevlax”dan heç bir təklif almamışam” - Cavid Hüseynovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
20 Noyabr 2025 15:08
42
“Mən “Karvan-Yevlax”dan heç bir təklif almamışam” - Cavid Hüseynovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Milli komandanın sabiq futbolçusu, bir müddət məşqçi kimi çalışmış Cavid Hüseynov yerli idman saytlarından birində yayılmış, guya onun gələn ilin yanvarında “Karvan-Yevlax” futbol klubunun baş məşqçisi təyin olunacağı barədə məlumatı təkzib edib.

Cavid Hüseynov bu barədə İdman.Biz-ə açıqlamasında vurğulayıb.

“Mən anlamıram, belə xəbərlər haradan çıxır?! Niyə insanlar indiyədək işsiz qaldığım halda, mənim üzərimdən özlərinə piar qazanmağa çalışırlar?! “Karvan-Yevlax”dan və ya başqa hər hansı klubdan hələ ki, heç bir təklif almamışam. Yanvarda nə olacağını mən özüm də bilmirəm, digər aylardan isə heç danışmıram” - deyə, Cavid Hüseynov fikrini tamamlayıb.

Vüqar Vüqarlı

İdman.Biz

Məqalədə: