“Real Madrid” və “Barselona” arasından keçirilən tarixi oyunda vurulan qolların vaxtı əbədiləşdirilib.
İdman.Biz xəbər verir ki, 2005-ci ildə keçirilən El-Klasikoda “Barselona”nın qollarının vurulduğu dəqiqələr xüsusi formada nümayiş etdirilib.
“Santyaqo Bernabeu”da keçirilən həmin qarşılaşmada Samuel Etoo və Ronaldinyo matça damğa vuran futbolçular olublar.
Həmin qarşılaşmada 14-cü dəqiqədə Samuel Eto, 58 və 77-ci dəqiqələrdə isə Ronaldinyo fərqləniblər.
Bu üç qol həmin El-Klasikonun tarixə düşməsinə səbəb olmuşdu. Ronaldinyo həmin oyundakı çıxışına görə “Santyaqo Bernabeu”da azarkeşlər tərəfindən ayaqüstə alqışlanmışdı.
