Fransalı hücumçu Kərim Benzema gələcəkdə Madridin “Real” klubuna dönüş ehtimalını istisna etmədiyini deyib.
İdman.Biz xəbər verir ki, o bu barədə AS nəşrinə açıqlamasında bildirib.
“Real”a qayıtmağım mümkündür? Əgər Florentino(“Real”ın prezidenti – red) hələ də ordadırsa, bu baş verə bilər. Mən heç vaxt Perezə “yox” deyə bilmərəm”, - K. Benzema bildirib.
Ulduz futbolçu “kral klubu” ilə bağlı hisslərini də bölüşüb:
“Mən “Real” fanatıyam. Bunu ruhumda hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Gözləyək, görək nə olur” – deyə 37 yaşlı forvard qeyd edib.
Məlumat üçün əlavə edək ki, hazırda Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun uğurları üçün çalışır və klubla müqaviləsi 2026-cı ilin iyun ayında başa çatacaq.
