Azərbaycan millisinin futbolçusu U-21 heyətinə daxil edilib

Xəbərlər
17 Noyabr 2025 17:43
25
Azərbaycan millisinin futbolçusu U-21 heyətinə daxil edilib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu dəvət olunub.

İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı əsas yığmanın düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.

İdman.Biz