“Araz-Naxçıvan”ın prezidenti: “Səkkiz turun nəticələrindən razı qalmaq mümkün deyil”

22 Oktyabr 2026 14:42
106
“Araz-Naxçıvan”ın prezidenti: “Səkkiz turun nəticələrindən razı qalmaq mümkün deyil”

“Araz-Naxçıvan” futbol komandasının prezidenti Ceyhun Sultanov klubun Misli Premyer Liqasında çıxışından məmnun deyil.

O, Naxçıvan təmsilçisinin səkkiz turdan sonra iki xalla sonuncu - 12-ci pilədə qərarlaşmasına münasibət bildirib.

“8 turun nəticələrinə baxanda razı qalmaq mümkün deyil. Sonuncu yerdə gedirsənsə, əlbəttə ki, narazı olacaqsan. Amma bu vəziyyətdən çıxacağımıza inanıram. Ümumilikdə nəyisə dəyişmək, nələrsə etmək istəyirsənsə, bunu ancaq futbolçuların əli ilə etməlisən. Futbolçular komandanı bu vəziyyətdən çıxara bilər. Harada işləmisəmsə, bunu demişəm. Sən ən yaxşısını edirsənsə, meydandakı 11 nəfər isə bunu edə bilməyəcəksə, heç bir əhəmiyyəti olmayacaq”, - deyə o report.az-a açıqlamasında söyləyib.

C.Sultanov bütün ümidlərinin futbolçulara və baş məşqçiyə olduğunu söyləyib:

“Ümid edirəm ki, bu vəziyyətdən çıxacağıq. Bunu qarşıdakı oyunlarda görmək istəyərdim. Bu durumdan bizi futbolçular və baş məşqçi çıxara bilər. İnamımız var. Qarşıda nə olacağını zaman göstərəcək”.

Xatırladaq ki, “Araz-Naxçıvan” doqquzuncu turda Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edəcək. Qarşılaşma oktyabrın 23-də, saat 15:00-da start götürəcək.

İdman.Biz