Emil Balayev “Neftçi”nin məşqlərinə qayıdıb

22 Oktyabr 2026 15:11
84
Emil Balayev “Neftçi”nin məşqlərinə qayıdıb

“Neftçi”nin qapıçısı Emil Balayevin son durumu məlum olub.

İdman.Biz idmanxeber.az-a istinadən xəbər verir ki, millimizin qapıçısı xəstələndiyi üçün Azərbaycan derbisində çıxış edə bilməmişdi.

Futbolçunun artıq sağaldığı bildirilir.

O, komanda ilə məşqlərdə iştirak edir. Baş məşqçi Yuri Vernidub şans verəcəyi təqdirdə, oyunçu “Turan Tovuz”a qarşı görüşdə meydanda olacaq.

Qeyd edək ki, “Neftçi” oktyabrın 24-də doğma meydanda Tovuz klubu ilə üz-üzə gələcək. Matç saat 19:00-da start götürəcək.

İdman.Biz