Afrika zonasının pley-off mərhələsində Nigeriya penaltilər seriyasında Konqo Demokratik Respublikasına uduzub və Dünya Çempionatına vəsiqə qazana bilməyib.
İdman.Biz xəbər verir ki, həlledici seriya zamanı Nigeriya futbolçuları üç penalti zərbəsini boşa verib.
Penaltilər zamanı Erik Şell rəqib komandanın məşqçi heyətinə dəfələrlə etiraz edib və daha sonra qarşıdurma hətta davaya çevrilib.
Matçdan sonra E.Şell bildirib ki, Konqo millisinin texniki heyəti penaltilər seriyası boyu cadu və müxtəlif ayinlər icra edib və o, bunun şahidi olub.
Bu açıqlama sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
