“Mançester Siti” Bellinqemlə barabər “Real”dan gənc türkiyəli ulduzu da maraq siyahısına daxil edib.
İdman.Biz xəbər verir ki, İspaniya mediasının yazdığına görə, 19 yaşlı yarımmüdafiəçisi Arda Güler üçün İngiltərə klubu təxminən 100 milyon avro (198 milyon AZN) ödəməyə hazırdır.
Lakin Madrid rəhbərliyi Ardanı satmaq fikrindən uzaqdır. Klub gənc ulduzun inkişaf potensialına inanır və qısamüddətli qazanc üçün uzunmüddətli layihədən imtina etmək niyyətində deyil.
Türkiyə millisinin üzvü bu mövsüm “Real Madrid”də məhdud şanslar əldə etsə də, Avropanın top klublarının diqqətini üzərində saxlamağa davam edir.
