“Napoli” matçında “Qarabağ” fanatları üçün ayrılan yerlərin sayı AÇIQLANDI

Xəbərlər
14 Noyabr 2025 13:02
38
“Napoli” matçında “Qarabağ” fanatları üçün ayrılan yerlərin sayı AÇIQLANDI

UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Qarabağ” azarkeşlərinə “Napoli” ilə oyuna ayrılan yerlərin sayı açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyun üçün biletlər bu gün satışa çıxarılacaq. “Stadio Diego Armando Maradona”da “Qarabağ” azarkeşlərinə 2 480 yer ayrılıb. Vauçerlər “iTicket.az” saytında saat 15:00-dan etibarən onlayn şəkildə satışa təqdim olunacaq. Ayrılmış sektorlara giriş “Gate 26” vasitəsilə təmin olunacaq.

Qeyd edək ki, “Napoli” - “Qarabağ” oyunu noyabrın 25-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.

İdman.Biz

Məqalədə: