İngiltərənin “Çelsi” klubu 2026-cı ilin yay transfer pəncərəsi üçün genişmiqyaslı planlar üzərində işləyir.
İdman.Biz xəbər verir ki, komandanın yarımmüdafiəçisi Enzo Fernandes həmyerlisi Xulian Alvaresin Premyer Liqaya qayıdışına kömək etmək üçün danışıqlarda iştirak edə bilər.
“Çelsi” rəhbərliyinin Alvares üçün 150 milyon avro (280 milyon AZN) xərcləməyə hazır olduğu bildirilir.
London təmsilçisi bununla yanaşı, 2026-cı ilin yayında “Kristal Pelas”dan Adam Uortonu da transfer etmək istəyir.
Qeyd edək ki, Madridin “Real” klubu da ingiltərəli yarımmüdafiəçisi Adam Uortona ciddi maraq göstərir.
