Xulian Alvares döymə etdirməməsinin səbəbini açıqladı

Xəbərlər
9 Noyabr 2025 21:30
25
Xulian Alvares döymə etdirməməsinin səbəbini açıqladı

Argentina millisinin hücumçusu Xulian Alvares bədənində döymə olmamasının səbəblərindən danışıb.

İdman.Biz xəbər verir ki, onun sözlərinə görə, bu, xüsusi imic seçimi deyil.

“Milli komandanın toplanışında bir dəfə gördülər ki, mən döyməsiz yeganə futbolçuyam. Mən bunu kimdənsə fərqli olmaq üçün etmirəm. Uşaq olanda atam deyirdi: "Heç bir döymə, heç bir siqaret, heç bir içki olmayacaq". Mən də bu sözə sadiq qaldım”, - deyə Alvarez bildirib.

İdman.Biz

Məqalədə: