Bədavi Hüseynov: “Millidən dəvət gözləyirdim”

Xəbərlər
12 Noyabr 2025 18:56
28
Bədavi Hüseynov: “Millidən dəvət gözləyirdim”

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov yenidən Azərbaycan milli komandasına dəvət almasına münasibət bildirib.

O, dəvətə görə millinin baş məşqçisi Ayxan Abbasova təşəkkür edib:

“Bəli, millidən dəvət gözləyirdim. Düzdür, son zamanlar elə də çox oynamıram. Lakin təcrübəm milli komandaya faydalı ola bilər. Dəvətə görə Ayxan Abbasova minnətdaram. Ümidləri doğrultmağa çalışacağam. Əlimdən gələni edəcəm ki, komandaya faydam dəysin”, - deyə futbolxeber.az-a açıqlamasında deyib.

Təcrübəli müdafiəçi milli komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya və Fransaya qarşı keçirəcəyi görüşlərdə xal qazana biləcəyini söyləyib:

“Qarşıda bizi iki çətin oyun gözləyir. Hər şey özümüzdən asılıdır. Son oyunlarda milli daha istəklidir. Ukrayna ilə matçda xal qazanmağa çox yaxın idik. Sadəcə hakim rəqib futbolçuya qırmızı vərəqə göstərmədi. Fransızlarla ilk matçda da komanda pis təsir bağışlamadı. Odur ki, qarşıdakı matçlarda xal qazanmaq mümkündür”.

İdman.Biz