Hazırda İspaniyanın idman naziri vəzifəsini icra edən Xose Rodrigez Uribes 2030-cu il dünya çempionatının final oyunu barədə açıqlama verib.
İdman.Biz xəbər verir ki, nazir final qarşılaşmasının İspaniyada, “Santyaqo Bernabeu” stadionunda keçirilməsinin ən doğru qərar olacağını bildirib.
“2030-cu il dünya çempionatının finalı İspaniyada baş tutmalıdır və “Santyaqo Bernabeu” bu oyun üçün ideal stadiondur. Mən bunu dəfələrlə demişəm, amma yekun qərarı FİFA yalnız 2029-cu ildə verəcək”, – Uribes deyib.
Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyində keçiriləcək.
