Azərbaycanın ”Qəbələ” və “Kəpəz” klubları Rusiyanın “SKA-Xabarovsk” komandasında çıxış edən Azərbaycan əsilli futbolçu Sadıq Bağıyevlə maraqlanırlar.
İdman.Biz xəbər verir ki, bu barədə rusiyalı jurnalist Sergey İlyov öz telegram kanalında məlumat yayıb.
Bölgə komandaları oyunçuya görə danışıqlara başlamağa və onun keçidi üçün müəyyən məbləğ ödəməyə hazırdırlar.
Lakin 21 yaşlı yarımmüdafiəçi hələlik Rusiyada çıxış etməyi üstün tutur.
Qeyd edək ki, Sadıq Bağıyev Rusiya I Liqasında meydana çıxdığı 16 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla 2027-ci ilin yayınadək müqaviləsi var.
Ussuriyskdə anadan olmuş Bağıyev Azərbaycanın U-21 milliləsində iki oyuna çıxıb.
O, Krasnodarın “Kuban”, “Kuban Holdinq” və “Spartak Tambov” klublarında da çıxış edib.
