Məşhur insayder Fabritsio Romano argentinalı ulduz futbolçu Lionel Messinin ötən gecə yenilənmiş “Kamp Nou” stadionunu gizlicə ziyarət etdiyini açıqlayıb.
İdman.Biz xəbər verir ki, məlumatı ilkin olaraq Fabritsio Romano yayıb, qısa müddət sonra payalaşım L.Messinin "Instagram" hesabında dərc edilib.
Messi səhifəsində duyğusal paylaşım edib:
“Dünən gecə ruhumla darıxdığım yerə - mənə böyük xoşbəxtlik bəxş edən məkana qayıtdım.”
37 yaşlı futbolçu yenidən “Barselona”ya qayıtmaq arzusunu da gizlətməyib:
“Ümid edirəm, bir gün bura yenə qayıdaram. Amma sadəcə vida üçün yox... Çünki mən heç vaxt bunu edə bilmədim.”


Öz növbəsində “Barselona” rəhbərliyi klubun sosial şəbəkə hesabında ulduz futbolçunun paylaşımına biganə qalmayıb.
“Evinə xoş gəlmisən, Leo” – payaşımda yazılıb.

Qeyd edək ki, “Barselona”nın əfsanəsi sayılan Messi 2021-ci ildə klubdan ayrılmış, hazırda isə MLS təmsilçisi “İnter Mayami”də çıxış edir.
