İtaliyanın “Udineze” klubunun rəhbərliyi son həftələr vurduğu qollarla ön plana çıxan Nikolo Zaniolonun transferi üçün “Qalatasaray” ilə danışıqlara başlaya bilər.
İdman.Biz xəbər verir ki, klub futbolçunun bonservisinin alınmasını müzakirə etməyə hazırlaşır.
Zaniolo son oyunlardakı performansı ilə İtaliya çempionatında diqqət mərkəzinə düşüb və “Udineze”nin onu heyətinə qatmaq istəyinin real danışıqlara çevrilə biləcəyi vurğulanır.
