“Sabah”ın legioneri: “Kəpəz” müdafiədə yaxşı oynayır”

Xəbərlər
8 Noyabr 2025 11:23
60
“Sabah”ın legioneri: “Kəpəz” müdafiədə yaxşı oynayır”

“Sabah”ın yarımmüdafiəçisi Umarali Raxmonaliyev bazar günü Misli Premyer Liqasının XI turunda “Kəpəz”ə qarşı keçirəcəkləri görüş barədə danışıb.

Özbək futbolçu sabah baş tutacaq matçla bağlı pozitiv düşündüyünü bildirib:

“Qəbələ”ni (1:0) məğlub etdikdən sonra qələbə qazanmağa davam etmək istəyirik. Mövsümün ilk yarısının son turu bizi gözləyir. Liqada iki həftəlik fasilə də olacaq. İlk hissəni qələbə ilə başa vurmaq istəyirik. Çətin oyun olacaq. “Kəpəz” müdafiədə yaxşı oynayır. Turnir cədvəlinin sonunda olsalar da, onlara qarşı çox çətin olacaq. Getdikcə daha yaxşı oynamağa başlayırıq, ona görə də bunu yaxşı nəticələrlə davam etdirmək lazımdır”, - deyə sportal.az-a açıqlamasında deyib.

Qeyd edək ki, sabah keçiriləcək “Kəpəz” - “Sabah” matçına 15:44-də start veriləcək.

İdman.Biz

Məqalədə: