FIFA lisenziyalı agent və skautlar “Sumqayıt” klubunun qonağı olublar - FOTO

Xəbərlər
6 Noyabr 2025 13:21
33
FIFA lisenziyalı agent və skautlar “Sumqayıt” klubunun qonağı olublar - FOTO

FIFA lisenziyalı xarici agent və skautlar “Sumqayıt” Futbol Klubunun bazasında qonaq olublar.

İdman.Biz xəbər verir ki “gənclik şəhəri” təmsilçisi məlumat verib.

Klub rəsmiləri tərəfindən komandanın strategiyası barədə qonaqlara bir sıra məlumatlar verilib.

Daha sonra isə onlar “gənclik şəhəri” təmsilçisinin ev oyunlarını keçirdiyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq mərkəzi ilə tanış olublar.

İdman.Biz

Məqalədə: