Ronaldu avtomobillərinin sayını itirib - VİDEO

Xəbərlər
5 Noyabr 2025 14:54
40
Ronaldu avtomobillərinin sayını itirib - VİDEO

Britaniyalı jurnalist Pirs Morqana geniş müsahibə verən Portuqaliya millisi və “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu artıq şəxsi maşınlarının say-hesabın unutduğunu söyləyib.

İdman.Biz xəbər verir ki, 40 yaşlı futbolçu hər zaman səmimi olmağı üstün tutduğunu deyib.

“Səmimi deyəcəm, neçə avtomobilim olduğunu artıq unutmuşam. Mən onları saymıram. Bu normaldır. Təvazökarlıq etməyin mənasını görmürəm, söylədiklərim faktdır” - deyə o bildirib.

K.Ronaldu “Bugatti” markasının pərəstişkarı olduğunu da əlavə edib.

Bununla belə, ulduz futbolçu bahalı avtomobillərin onun üçün əyləncə və ilham mənbəyi olmadığını vurğulayıb.

İdman.Biz