Uilliam Saliba: ““Real”ın marağı cəlbedicidir, amma…”

Xəbərlər
3 Noyabr 2025 14:34
35
Uilliam Saliba: ““Real”ın marağı cəlbedicidir, amma…”

“Arsenal”ın müdafiəçisi Uilliam Saliba “Real Madrid”in ona göstərdiyi marağa münasibət bildirib.

İdman.Biz xəbər verir ki, futbolçu əvvəlcə London klubunda titullar qazanmağı hədəflədiyini deyib.

“Əlbəttə, belə bir klub maraq göstərdiyi zaman bu çox cəlbedicidir. Amma mən ilk növbədə “Arsenal”da titul qazanmaq istəyirəm, bundan sonra başqa şeylər barədə düşünmək olar”, - deyə müdafiəçi bildirib.

Qeyd edək ki, fransalı müdafiəçinin açıqlaması “Telefoot” proqramında səsləndirilib.

İdman.Biz