Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
“Kəpəz”in oyunçusu Azərbaycan çempionatlarında 100-cü dəfə meydana çıxıb - İdman və Biz

“Kəpəz”in oyunçusu Azərbaycan çempionatlarında 100-cü dəfə meydana çıxıb

Xəbərlər
3 Noyabr 2025 13:10
37
“Kəpəz”in oyunçusu Azərbaycan çempionatlarında 100-cü dəfə meydana çıxıb

Misli Premyer Liqasının X turu “Kəpəz”in futbolçusu Fərid Nəbiyev üçün əlamətdar olub.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, turnirdə 100-cü oyununu keçirib.

26 yaşlı hücumçu “Neftçi” ilə səfər matçında (1:5) yubileyini gerçəkləşdirib. O, 100 oyunda 14 qola imza atıb.

Fəridin debütü 2016/2017 mövsümündə “Qəbələ”də reallaşıb. O, ümumilikdə 4 klubda forma geyinib. “Kəpəz”də 40 (6 qol), “Turan Tovuz”da 31 (6 qol), “Səbail”də 28 (2 qol), “Qəbələ”də 1 matça çıxıb.

F.Nəbiyev ölkə çempionatları tarixində yüksək dəstədə 100 və daha çox oyun keçirən 447-ci futbolçudur. O, buna cari mövsümdə nail olan 7-ci oyunçu olub.

İdman.Biz