UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Qarabağ”la qarşılaşacaq İngiltərənin “Çelsi” klubunu tribunada təxminən 800 azarkeş dəstəkləyəcək.
İdman.Biz xəbər verir ki, “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev açıqlama verib.
Onun sözlərinə görə, qonaq komanda üçün iki sektor ayrılıb.
London komandası matçdan bir gün əvvəl, noyabrın 4-də Bakıya gələcək. “Zadəganlar”ın paytaxtda görüşdən əvvəl açıq məşqi və mətbuat konfransı olmayacaq.
“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərədə jurnalistlərin suallarını cavablandıracaq.
Qeyd edək ki, “Qarabağ” - “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
