“Barselona”da 18 yaşlı hücumçu Lamin Yamalın bu mövsüm aldığı qasıq zədəsinin xroniki hal ala biləcəyindən narahatdırlar.
İdman.Biz xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Mənbənin məlumatına görə, oxşar zədə Kataloniya təmsilçisinin sabiq futbolçusu Lionel Messidə də gənc yaşlarında müşahidə olunmuşdu, lakin o, həmin zədədən tam bərpa ola bilmişdi.
Bundan əvvəl mətbuatda yer alan xəbərlərdə bildirilmişdi ki, əgər Yamalın narahatlığı davam edərsə, onun üzərində əməliyyat aparılması variantı da istisna olunmur.
Mövsüm ərzində Yamal bütün turnirlərdə səkkiz oyunda iştirak edib, üç qol vurub və beş məhsuldar ötürmə verib. Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalında yer alan məlumata əsasən, oyunçunun bazar dəyəri 200 milyon avrodur.
