21 yaşlı braziliyalı müdafiəçisi PSJ-dəki taleyinə aydınlıq gətirdi

Xəbərlər
1 Noyabr 2025 10:53
37
21 yaşlı braziliyalı müdafiəçisi PSJ-dəki taleyinə aydınlıq gətirdi

Fransanın PSJ klubunun 21 yaşlı braziliyalı müdafiəçisi Lukas Beraldo onun klubdan ayrılacağı barədə yayılan xəbərləri təkzib edib.

İdman.Biz xəbər verir ki, gənc futbolçunun açıqlamasını məşhur insayder Fabritsio Romano özünün “X” səhifəsində dərc edib.

“Guya getmək istədiyimlə bağlı saxta xəbərlər gördüm. Mən PSJ-də çox xoşbəxtəm. Bu klubun formasını geyinmək və onun rənglərini qorumaq - şübhəsiz ki, gerçəyə çevrilmiş bir arzudur. Tam diqqətimi saxlayıram ki, özümü maksimum dərəcədə ortaya qoyum və komanda yoldaşlarımla birlikdə məqsədlərimizə çataq”.

Bundan əvvəl futbolçunun komandadakı rolundan narazı olduğu və bu səbəbdən qış transfer pəncərəsində klubunu dəyişmək istədiyi barədə məlumatlar yayılmışdı.

Mövsüm ərzində oyunçu Fransa Liqa 1-də klubun heyətində yeddi matça çıxıb və bir qol vurub.

İdman.Biz

Məqalədə: