“Kəpəz”dən Azərbaycan Kubokunda 200-cü QOL

Xəbərlər
30 Oktyabr 2025 11:22
39
“Kəpəz”dən Azərbaycan Kubokunda 200-cü QOL

“Kəpəz” Bizon Azərbaycan Kubokunda 200-cü qolunu vurub.

İdman.Biz Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Bizon Azərbaycan Kubokunun 2025/2026 mövsümünün II təsnifat mərhələsində baş verib.

“Ağstafa Gəncləri” ilə ev oyununda 6:1 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin 4-cü qolu yubiley xarakteri daşıyıb. “Kəpəz”in kubokdakı 200-cü qoluna Elcan Əbilov imza atıb.

Qərb təmsilçisi 111-ci matçında qol sayını 202-yə yüksəldib. Bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan “Kəpəz” evdə 117, səfərdə 78, neytral meydanlarda 7 dəfə fərqlənib.

Qeyd edək ki, Gəncə komandasının kubokda ilk qolu 1993 mövsümünə təsadüf edib. “Kəpəz” 1/32 finalın ilk oyununda səfərdə “Nicat”la heç-heçə oynayıb – 2:2.

İdman.Biz